Qırmızı.az
Müdafiə Nazirliyindən müraciət: "Bu qaydalara əməl edin"
Bu məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 №-li "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamına əsasən hazırlanıb.
Məlumatların hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zonada) təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaqdan ibarətdir.
Müasir dövrdə informasiyanın yeni dəyər kəsb etməsi, strateji
resursa çevrilməsi, onun qorunması, təhlükəsizliyinin təmin
edilməsi məsələsini ön plana çıxarır. İnformasiya təhlükəsizliyi
probleminin həlli yalnız texniki üsul və vasitələrdən istifadə
bacarıqlarından deyil, həm də insanların mədəniyyətindən
asılıdır.
Hazırda informasiyanın toplanması, saxlanılması, emalı və
ötürülməsi proseslərinin informasiya kommunikasiya
təhlükəsizliyindən istifadə etməklə həyata keçirilməsi imkanı
konfidensial (gizli) informasiyanın asanlıqla başqalarının əlinə
keçməsi təhlükəsini artırır. İnformasiya təhlükəsizliyinin təmin
edilməsinin əsas şərtlərindən biri informasiyanın konfidensiallığı
(gizliliyi) məsələsidir. İnformasiya resursları ilə işləyən
insanlar ayrı-ayrı vətəndaşlara və ya təşkilatlara aid olan
informasiyanın konfidensiallığını (gizliliyini) qorumaq üçün
məsuliyyətlərini dərk etməlidirlər. Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Konsepsiyasında ölkənin informasiya
təhlükəsizliyinə təhdidlər ümumi və qısa formada əksini taparaq,
məxfi informasiyanın mühafizə olunmasının koordinasiyasının milli
təhlükəsizlik sektorunun əsas məsələlərdən biri olduğu vurğulanır
və qeyd edilir ki, Azərbaycan Respublikası bundan sonra da dövlət
sirrinə aid edilmiş məlumatların mühafizəsi ilə bağlı fəaliyyətini
davam etdirəcəkdir.
Dövlət sirri haqqında əsas anlayışlar:
dövlət sirri - dövlətin hərbi, xarici-siyasi,
iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti
ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması
Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən
məlumatlardır;
dövlət sirri təşkil edən məlumatların
daşıyıcıları - dövlət sirri təşkil edən məlumatların
rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər
şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki
sahələrdir.
Aşağıda göstərilən, hərbi sahədə dövlət sirri təşkil edən
məlumatların yayılması yolverilməzdir və qanunla bu məlumatları
yaymaq qadağandır. Ona görə ki, bu məlumatların kütləvi informasiya
vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən
sosial şəbəkələrdə yayılması nəticəsində düşmən kəşfiyyatı yayılan
informasiyaların köməyi ilə bir sıra kəşfiyyat məlumatlarını heç
bir çətinlik çəkmədən toplamaq imkanını əldə edir, bu da öz
növbəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura
bilər.
Bu məlumatları yaymaq qanunla qadağandır:
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;
- silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri və texnologiyaları haqqında;
- milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq yerinin ayrılması haqqında;
- qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında.
Eyni zamanda, "Dövlət sirri haqqında" Qanuna əsasən, dövlət
sirri olan məlumatların əhatə dairəsinə daxil olmayan, lakin xarici
ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan
Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna bilən
məlumatların da kütləvi informasiya vasitələrində və internet
informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması
yolverilməzdir və qanunla qadağandır.
Dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah
rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət
istiqamətlərindən biridir və dövlət sirri təşkil edən məlumatların
mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə qoyulur. Bu
səbəbdən də hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və
müəssisə rəhbərləri dövlət sirrinin mühafizəsi sisteminin
səmərəliliyini artırmalı, dövlət sirrinin mühafizəsinin dövlət
sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərinə uyğunluğunu öyrənməli və təhlil etməli, dövlət sirri
təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarını
müəyyənləşdirib müvafiq tədbirlər hayata keçirməlidirlər.
Həmçinin hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri hərbi hissələrdə keçirilən açıq tədbirlər və kütləvi informasiya vasitələri üçün hazırlanan materialların qabaqcadan Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə razılaşdırılmasını təşkil etməlidirlər.
Dövlət sirri haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulmasına görə məsuliyyət:
- dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyini
pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə
müvafiq olaraq məsuliyyət daşıyırlar;
- müvafiq dövlət hakimiyyəti orqanları və onların vəzifəli
şəxsləri məlumatların qeyri-qanuni yayılması üzrə qərar qəbul
edərkən qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi
haqqında ekspert rəyinə əsaslanırlar;
- hərbi sahədə dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni
yayılması nəticəsində dövlətin təhlükəsizliyinə ziyan vura bilən
məlumatların yayılması faktı ilə bağlı materiallar üzrə keçirilən
ekspertizanın rəyindən asılı olaraq materiallar hüquq mühafizə
orqanlarına göndərilir;
- dövlət sirri haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının
vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü
(dövlətə xəyanət) və 284-cü (dövlət sirrini yayma) maddələrinə,
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsinə uyğun
məsuliyyətə cəlb olunurlar.
Dövlətin təhlükəsizliyinin təmin olunmasında onun hər bir
vətəndaşının rolu vacibdir.
Ona görə də Azərbaycan Respublikasının hər bir vətəndaşının, əsasən də cəbhəboyu zonada yaşayan vətəndaşların dövlət sirri təşkil edən məlumatları yayan, eləcə də dövlət sirri təşkil edən məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə verən, yaxud vermək məqsədi ilə oğurlayan, toplayan və ya saxlayan şəxslər barədə yaxınlıqdakı hərbi hissələrə, yerli hüquq mühafizə orqanlarına və təhlükəsizlik orqanına məlumat vermək müqəddəs borcudur.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK