Qənirə Paşayeva Hitit Universitetində azərbaycanlı tələbələrlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Hitit Universitetində azərbaycanlı tələbələrlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Çorum bölgəsində Hitit Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və gəncləri sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində daha fəal olmağa çağırıb.

Tələbələrlə görüşdə millət vəkili Qənirə Paşayeva ilk öncə onlara təhsilləri, çətinlik və problemləri ilə maraqlanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Tələbələrə uğurlar arzulayan Qənirə Paşayeva tələbələrin oxuduqları təhsil müəssisələrində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Azərbaycanlı tələbələrin ölkəmizi xaricdə təmsil edən nümayəndələri də olduğunu deyən millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib.

“Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrənməlidir ki, tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. “Hər birinizin oxuduğunuz universitetdə Türkiyədən və müxtəlif xarici ölkələrdən dostlkarınız var və eyni zamanda sosial şəbəkələrdə çoxlu xarici dostlarıniz var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə daim məlumatlar vermək, gerçəkləri çatdıqmaq lazımdır”, – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva tələbələri virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, artıq bəzi tələbələrlə söhbətinin nəticəsi olaraq imkansız tələbələrin üzləşdiyi müəyyən çətinliklər, yataqxana, sığorta ilə bağlı məsələlər, nəqliyyat və yeməklə bağlı müəyyən məsələlərlə bağlı Universitetin rəhbərliyi ilə yanaşı Çorum bələdiyyəsi və valiliyi ilə görüşlərdə də ricalar edib."Onlar da hər zaman azərbaycanlı tələbələr rahatlıqla bizə müraciət etsinlər əlimizdən gələn dəstəyi hər zaman göstərməyə hazırıq onlar bizə Azərbaycanın əmanətləridir dedilər"- deyə millət vəkili tələbələrlə söhbətində bildirib və onları tələbə təşkilatı yaradaraq aktiv olmağa, bir-birinə mehriban və dəstək olmağa və ən əsası yaxşı oxumağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm