Qırmızı.az
Türkiyədə oxuyan tələbələrimizin təqaüdləri niyə gecikdirilir?
Təhsil Nazirliyi Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrimizin Azərbaycan hökuməti tərəfindən onlara ödəniləsi təqaüdlərin gecikdirilməsi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyinin 9 sentyabr 2003-cü il tarixli, 781 nömrəli əmrinə əsasən, hökumətlərarası müqavilələr çərçivəsində təhsil alan tələbələr hər tədris ilinin sonunda Təhsil Nazirliyində təhsil göstəricilərinə dair ali məktəb tərəfindən verilən rəsmi sənədləri təqdim edərək qeydiyyatdan keçirlər. Qeydiyyat iyun-oktyabr ayları arasında aparılır. Aparılan qeydiyyat nəticəsində tədris ilini müvəffəqiyyətlə başa vuran tələbələr yay tətili və növbəti tədris ili üçün təqaüd almaq hüququ əldə edirlər.
Nazirlikdən bildirilib ki, hökumətlərarası müqavilələr çərçivəsində təhsil alan tələbələrə bu il mayın 5-də aprel, may və iyun ayları (ikinci rüb üçün) nəzərdə tutulan təqaüdlər ödənilib. Növbəti iki rübün (iyul, avqust, sentyabr - oktyabr, noyabr, dekabr) təqaüdlərinin isə qeydiyyat sona çatdıqdan sonra tələbələrin hesabına köçürülməsi üçün müvafiq tədbir görülüb.
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO