Hacı İbrahim beynəlxalq mükafat aldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim beynəlxalq mükafat aldı - FOTOLAR

Noyabrın 10-dan 15-dək Malayziyanın paytaxtı Kuala Lumpurda 5-ci “OIC Muslim World Biz” adlı beynəlxalq sərgi və konfransı keçirilib.

Publika.az-ın məlumatına görə, beş gün davam edən beynəlxalq tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin və qeyri-müsəlman ölkələrin nümayəndə heyətləri, habelə 1000-ə yaxın biznes qurumunun təmsilçiləri iştirak ediblər.

Bu sərgi və konfrans İslam ölkələrinin ən böyük iqtisadi tədbirlərdən hesab olunur. Tədbirin təşkilinə Malayziya hökumətinin 2,5 milyon ABŞ dolları ayırması Kuala Lumpurun bu tədbirə verdiyi önəmi göstərirdi.

Tədbirdə Azərbaycanı tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin prezidenti olduğu Avesta Concern-i təmsil edib.

“OIC Muslim World Biz” beynəlxalq sərgi və konfransının açılış mərasimində Malayziyanın sabiq Baş naziri Tun Abdullah Bədəvi çıxış edərək İslam dünyasının həmrəyliyinin əhəmiyyətini vurğulayıb.

Mərasimdə “İslam Dünyasının Cöhvərləri” adlı nominasiya üzrə müxtəlif müsəlman ölkələrini təmsil edən 9 nəfər iş adamı fəxri mükafatlarla təltif edilib.

Azərbaycanlı iş adamı Hacı İbrahim Nehrəmli “Ən uğurlu iqtisadi layihə və sosial duyarlılıq” nominasiyası üzrə mükafata layiq görülüb.

Təltif etmədən sonra çıxış edən Hacı İbrahim Nehrəmli İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın sürətlə inkişaf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu biznes fəaliyyəti üçün əlverişli şərait yaradıldığını bildirib.

Azərbaycanın nail olduğu sosial-iqtisadi inkişafın fonunda təmsil etdiyi şirkətin də böyük əhəmiyyətli layihələrə imza atdığını qeyd edən Avesta Concern-nin prezidenti artıq reallaşmasına başlanılan “Khazar İslands” yaşayış və biznes kompleksi haqqında məlumat verərək, kompleksin gələcəkdə İslam dünyasının ən məşhur biznes mərkəzlərindən birinə çevriləcəyinə ümid bəslədiyini bildirib.

Sərgi müddətində İslam dövlətlərinin iş adamları Azərbaycanda həyata keçirilən iqtisadi layihələrlə maraqlanıb və əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparıblar.

“Avesta” Konserninin həyata keçirdiyi “Khazar İslands” yaşayış və biznes kompleksi layihəsi sərgi iştirakçılarının diqqətini daha çox cəlb edib və böyük perspektiv vəd edən layihə kimi dəyərləndirilib.

5-ci “OIC Muslim World Biz” adlı beynəlxalq sərgi və konfransında iştirak edən Avesta Concern-nin prezidenti Hacı İbrahim Nehrəmlini Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak da qəbul edib.

Azərbycanın Malaziyadakı səfiri Qaley Allahverdiyevin də iştirak etdiyi görüşdə baş nazir Mohammad Najib Tun Abdul Razak bu ilin sentyabrında Azərbaycana səfərini xatırlayıb və Bakı şəhərində müşahidə etdiyi müasir quruculuq işlərindən rəğbətlə söz açıb.

Avesta Concern-nin prezidenti Hacı İbrahim Nehrəmli Azərbaycanın qazandığı uğurları əsası ümummili lider Heydər Əliyevi tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətinin nəticəsi olduğunu qeyd edib.

Avesta Concern-nin prezidenti Malaziyanın baş nazirinə rəhbərlik etdiyi şirkət, həyata keçirdiyi layihələr və o cümlədən də “Khazar İslands” haqqında geniş məlumat verib.

Hacı İbrahim Nehrəmlinin Malayziyanın sabiq Baş naziri Mohamad Mahathir və Pahanq ştatının sultanı Ahmad Şah ibni Abu Bakar ilə də görüşləri olub.

Bu görüşlər zamanı qarşılıqlı investisiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Avesta Concern-nin həyata keçirdiyi “Khazar İslands” layihəsinə böyük maraq göstərilib və bu layihə Azərbaycanın növbəti uğurlu brendi kimi yüksək qiymətləndirilib.

Pahanq ştatının Sultanı Ahmad Şah ibni Abu Bakar Avesta Concern-nin prezidenti Hacı İbrahim Nehrəmlinin şərəfinə ziyafət verib.

Avesta Concern-nin prezidenti Hacı İbrahim Nehrəmlinin “İslam Dünyasının Cöhvərləri” adlı mükafatın “Ən uğurlu iqtisadi layihə və sosial duyarlılıq” nominasiyası üzrə mükafata layiq görülməsi, Malayziya hökumət başçısı Mohammad Najib Tun Abdul Razak və Pahanq sultanı Ahmad Şah ibni Abu Bakar tərəfindən yüksək səviyyədə qəbul edilməsi, eləcə də 5-ci “OIC Muslim World Biz” adlı beynəlxalq sərgi və konfransın iştirakçılarının “Khazar İslands” layihəsinə marağı Azərbaycan biznesinin böyük uğuru kimi qiymətləndirilməlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm