Suriyada daha bir azərbaycanlı öldürülüb - FOTO
Bizi izləyin

Qırmızı.az

Suriyada daha bir azərbaycanlı öldürülüb - FOTO

Suriyada Əsəd rejiminə qarşı vuruşan daha bir Azərbaycan vətəndaşı öldürülüb. Bu barədə “mücahidlərə” məxsus saytlar məlumat yayıb.

Bildirilib ki, Əbu Muslim Azəri adlı Azərbaycan vətəndaş bundan öncə Əfqanıstanda vuruşub, burada təcrübə keçdikdən sonra Şama gəlib. Burada isə Bəşər Əsəd rejiminə vuruşarkən öldürülüb.


Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb./AzVision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm