Mirqafar Seyidov nazirin işdən çıxartdığı şəxsə vəzifə verdi
Bizi izləyin

Qırmızı.az

Mirqafar Seyidov nazirin işdən çıxartdığı şəxsə vəzifə verdi

Azərbaycan daxili işlər orqanlarında növbəti kadr təyinatı olub.

Bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunmuşdu və sərəncama götürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm