General qəfil həyəcan siqnalı verdi, Bakı polisi təşvişə düşdü
Bizi izləyin

Qırmızı.az

General qəfil həyəcan siqnalı verdi, Bakı polisi təşvişə düşdü

Ötən gecə Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan bütün idarə və şöbə əməkdaşları təcili iş yerlərinə çağırılıb.

AzNews.az xəbər verir ki, qəfil həyəcan siqnalı ("Trevoqa”) ilə gecə saat 4-5 radələrində iş başına dəvət olunan polislər nə baş verdiyini bilmədiklərindən əvvəlcə təşvişə düşüblər. Sonradan məlum olub ki, onların həyəcan siqnalı ilə çağırılması hər hansı fövqəladə hadisənin baş verməsilə əlaqəli deyil. Bu, sadəcə Bakı Şəhər Baş Polis İdarəsinin yeni rəisi Mirqafar Seyidovun Bakı polisinin hazırlığını yoxlaması üçün imiş.

Bildirək ki, bu siqnalla vaxtında iş başına çata bilməyən, "sınaqdan üzüağ çıxmayan” bəzi polis əməkdaşları artıq cəzalandırılıb.

Qeyd edək ki, Mirqafar Seyidovun bu posta təyin edilməsindən sonra onun nəzarətində olan bütün idarə və şöbələrdə ciddi iş rejiminə keçirilib. Yeni rəisin qəfil yoxlamalara getməsi, bütün mümkün variantlarla poqonlu şəxslərin nizam-intizam qaydalarına necə riayət etməsini şəxsən özü təftiş etməsi polislər arasına həyəcana səbəb olub. Elə buna görə də, bütün idarə və şöbələrdə iclaslar çağırılaraq, əməkdaşlara ciddi tapşırıqlar verilib.

Onu da bildirək ki, məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, BŞBPİ-nin rəisinin istənilən vaxt, istənilən polis idarəsini yoxlamağa ixtiyarı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm