• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirin qəbul vaxtı dəyişdi

Nazirin qəbul vaxtı dəyişdi

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun İmişli rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, noyabrın 28-dən noyabrın 27-nə keçirilib.

ƏƏSMN-dən Publika.az-a verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin İmişli rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar info@mlspp.gov.az elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (021) 246-13-22 (İmişli rayon ƏSMM), (020) 255-02-06 (Kürdəmir rayon ƏSMM), (020) 213-01 66 (Ucar rayon ƏSMM), (020) 296-50-33 (Zərdab rayon ƏSMM), (021) 225-16-15 (Beyləqan rayon ƏSMM), (021) 223-53-16 (Xocavənd rayon ƏSMM), (026) 315-55-25 (Füzuli rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İmişli rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR