• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İlham Əliyevin qovduğu hakim haqqında şok faktlar – Sənəd

İlham Əliyevin qovduğu hakim haqqında şok faktlar – Sənəd

Prezident İlham Əliyevin dünən vəzifəsindən azad etdiyi Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyev dörd il bundan öncə - 24 fevral 2009-cu ildə Məhkəmə Hüquq Şurası tərəfindən cəzalandırılıb.

Axar.az xəbər verir ki, o zaman Astara Rayon Məhkəməsinin sədri işləyən Elnur Cəbiyevlə bağlı Məhkəmə Hüquq Şurasına Şirvan Apellyasiya Məhkəməsinin sədri müraciət edib.

Şirvan Apellyasiya Məhkəməsi sədrinin şikayətinin araşdırılmasına Məhkəmə Hüquq Şurasında 2008-ci ilin dekabrın 19-da başlanılıb. Bundan sonra Şura apardığı araşdırmalardan sonra Elnur Cəbiyevin baxdığı işlərdə maddi və prosessual hüquq normalarını dəfələrlə pozduğunu üzə çıxarıb. Məhkəmə Hüquq Şurasının məruzəçi hakimi Rizvan Kamal oğlu Səfərov Elnur Cəbiyevin dəfələrlə ədalətsiz qərarlar çıxardığını hazırlanmış qərarda yerləşdirib. Həmçinin, hakimin xarici vətəndaşların işlərinə baxılan zaman süründüməçilik hallarına yol verdiyi də deyilib. Belə ki, Elnur Cəbiyev təqsirləndirilən şəxslərin həbs olunduğu vaxtdan 4-5 ay keçməsinə qəsdən şərait yaradıb və bundan sonra cəzanı da həbs olunan tarixə təyin edib. Hökm çıxarıldıqdan bir neçə gün sonra məhkumlar azadlıqdan məhrumetmə müddəti bitdiyi üçün sərbəst buraxılıb və ölkəni tərk ediblər.

Məhkəmə Hüquq Şurası apardığı araşdırmadan sonra həmin qərarlardan verilmiş apelyasiya iddialarına apellyasiya məhkəməsində baxılmasının çətinlik yarandığını və hətta bunun mümkünsüz olduğunu bildirib.

Bundan başqa isə Elnur Cəbiyevin İlham Tapdıq oğlu Məmmədov, Yalçın Zakir oğlu Əsədullayev, Elnur Vəliağa oğlu Cabbarov haqqında Cinayət Məcəlləsinin 206.2, 234.1, 234.2 maddələri üzrə həddən artıq sərt qərarlar verdiyi üzə çıxıb. Bu qətnamə isə sonradan Şirvan Rayon Apellyasiya Məhkəməsində dəyişdirilərək, onların cızası yüngülləşdirilib.

Sonradan Şura Elnur Cəbiyevə müraciət etsə də, o, Şirvan Apellyasiya Məhkəməsi sədrinin iddialarının həqiqətə uyğun olmadığını söyləyib. Məhkəmə Hüquq Şurası yekunda Elnur Cəbiyevin intizam məsuliyyətinə cəlb edilərək iş yerinin dəyişdirilməsi haqqında prezidentə müraciət edilməsi haqqında qərar qəbul edib. Məhz bu qərardan bir müddət sonra Elnur Cəbiyev vəzifəsindən azad edilərək, Neftçala Rayon Məhkəməsinə hakim göndərilib.

Qeyd edək ki, dünən İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevi işindəki kobud nöqsanlara görə vəzifəsindən azad edilib.

Onu da xatırladaq ki, Elnur Cəbiyev 2000-2007-ci illərdə Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi, 2007-2009-cu illərdə Astara Rayon Məhkəməsinin sədri, 2009-2011-ci illərdə Neftçala Rayon Məhkəməsinin hakimi, 2011-2014-cü illərdə Qazax Rayon Məhkəməsinin hakimi kimi çalışıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR