Qırmızı.az
Qanunsuz ov edənlərə qarşı reyd keçirdi, 5 nəfər saxlanıldı
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən reydlər keçirilib.
ETSN-nin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, reyd zamanı Füzuli rayonunun Qarabağ kəndi ərazisində, Harami düzündə ov edən Füzuli rayonu Əhmədbəyli kənd sakini Arif Əliyev və Yuxarı Dilağarda kənd sakini Elnur Zülfüqarov saxlanılıb. Onlardan 2 ov tüfəngi, 4 patron götürülərək qanun pozucuları barəsində akt və protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.
Balakən rayonu İsaqlıgirmə kəndi ərazisində ovla məşğul olan kənd sakini Qurban Salamanov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Türyançay Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ov edən Ağdaş rayonu Ərəbocaq kənd sakini Mayıl Məmmədov saxlanılıb. Ondan 1 ov tüfəngi, 4 patron götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunub və qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd
zamanı ovla məşğul olan Masallı rayon Qızılavar kənd sakini İntiqam
Fətullayev saxlanılıb. Ondan 1 ov tüfəngi, 14 patron və adı
“Azərbaycan Respublikasının Qırmızı Kitab”ına düşmüş 2 turac quşu
aktlaşdırılaraq götürülüb. Təbiətə 1980 manat məbləğində ziyan
dəydiyi müəyyən edilərək vətəndaşın əməlində cinayət tərkibi olduğu
üçün sənədlər aidiyyəti üzrə hüquq -mühafizə orqanına
göndərilib.
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO