Təhsil Nazirliyi yeni layihəyə başlayır
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi yeni layihəyə başlayır

Təhsil Nazirliyi “Məktəb qəhrəmanları ilə tanınır” adlı yeni layihəyə başlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Məktəb qəhrəmanları ilə tanınır” layihəsində ilk olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar lisey-məktəb kompleksi barəsində danışılır.

Layihənin məqsədi müasir təhsili milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirmək, şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, qəhrəmanlıq ənənələrini formalaşdırmaq və Milli Qəhrəmanlarımızı daima yaddaşlarda yaşatmaqdan ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm