Zəlzələlərin öyrənilməsi üçün beynəlxalq laboratoriya yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Zəlzələlərin öyrənilməsi üçün beynəlxalq laboratoriya yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə “Yer təkinin seysmotomoqrafiyası” beynəlxalq laboratoriyası yaradılacaq.

Publika.az-ın məlumatına görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişliyə tapşırılıb ki, beynəlxalq laboratoriyanın elmi proqramını hazırlayıb AMEA Rəyasət Heyətinə təqdim etsin.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub.

Qeyd edək ki, Mərkəz 2007-ci ildən Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə zəlzələ və yerdəki küy məlumatları əsasında Yer qabığı stukturunun öyrənilməsində istifadə olunan yeni və perspektivli metodlarla təhlili istiqamətində tədqiqat aparır. Bu metodların tədbiqi Yer qabığının regional və lokal srtukturlarını yüksək dəqiqliklə öyrənərək mükəmməl geodinamik modellərin qurulmasına imkanlar verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm