
Noyabrın 19-da axşam saatlarında Bakıda evsiz bir nəfərin məskunlaşdığı köşk yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 3 kv.m olan taxta konstruksiyadan ibarət köşk yanıb. Yanğın zamanı tüfeyli həyat tərzi sürən, şəxsiyyəti məlum olmayan (40-45 yaşlı kişi) bir nəfər yanıq xəsarəti alıb və təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Yaxındakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.