Piyadanı vurub qaçan şəxsə qarşı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Piyadanı vurub qaçan şəxsə qarşı cinayət işi açıldı

Hazırda iş üzrə istintaq davam etdirilir

Fevralın 9-da saat 19 radələrində Mərdəkan-Bakı şosesinin Xəzər rayonu ərazisində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Afail Güləhmədovu vurub hadisə yerindən qaçması ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, piyada A.Güləhmədov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Bununla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə yol nəqliyyat hadisəsinin «Daewo» markalı «10-TG-944» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məmmədov Elşən Sahib oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm