ABŞ Azərbaycana maliyyə yardımı ayırdı
Bizi izləyin

Qırmızı.az

ABŞ Azərbaycana maliyyə yardımı ayırdı

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT-in Bakı layihə əlaqələndiricisi ofisi arasında Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq və bu mübarizəni dəstəkləyəcəklər.

Trend xəbər verir ki, bu məqsədilə bu Bakıda USAİD ilə ATƏT-in Bakı layihə əlaqələndiricisi arasında Bəyannamə imzalanıb.

Bəyannaməni ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan və ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis Şahtahtinski imzalayıblar.

D. Hoqan deyib ki, bu Bəyannamə Azərbaycandakı tərəfdaşların USAİD vasitəsilə insan alveri ilə mübarizə səylərinə yardım göstərməkdə qərarlı olduğunu göstgərir: “ABŞ hökuməti Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti daxil olmaqla, digər tərəfdaşlarla əlaqələndirmə və əməkdaşlıq şəraitində bu səyləri davam etdirəcək və genişləndirəcək”.

ATƏT-in Bakı layihə əlaqələndiricisi A. Şahtahtinski isə qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan hökumətinin insan alveri ilə mübarizə sahəsində səylərinə verilən dəstəyi əhəmiyyətli dərəcədə artıracaq: “Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilə bu layihə Azərbaycan hökuməti tərəfindən 2014-cü ilin iyun ayında təsdiq olunub. Müasir köləliyin bu formasının 21-ci əsrdə yer almaması üçün səylərimizi birləşdirmək çox vacibdir. Biz yalnız bu qlobal problemin qarşısının hər yerdə səmərəli şəkildə alına biləcəyi təqdirdə uğur qazana bilərik. Buna görə ATƏT, ABŞ hökuməti və Azərbaycan Respublikasının birgə çalışması çox vacibdir”.

Bəyannaməyə əsasən, USAİD insan alveri və məcburi əməyin qarşısının alınması, eləcə də bu hallarla mübarizədə səmərəliliyin artırılması məqsədilə ATƏT-in Bakı layihə əlaqələndiricisinin ofisinin layihəsinə dəstək məqsədilə 610 min dollar məbləğində texniki və maliyyə yardımı göstərəcək. Görüləcək işlərin əsas məqsədi insan alveri üzrə ictimai maarifləndirməni artırmaq, insan alveri və məcburi əməyin qadın, kişi və uşaq qurbanları üçün nəzərdə tutulmuş sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə yardımı göstərməkdir. Bundan əlavə, sənəd dəyirmi masa müzakirələrinin təşkili və hökumət üçün tövsiyələrin hazırlanması yolu ilə əmək istismarı da daxil olmaqla, insan alverinin bütün formalarının qarşısının alınması sahəsində çoxtərəfli əlaqələndirmə və əməkdaşlığı genişləndirməyə imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm