İnsan ətindən qutab hazırlayıb satan dəstə - ŞOK FAKTLAR - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İnsan ətindən qutab hazırlayıb satan dəstə - ŞOK FAKTLAR - FOTOLAR

Braziliyada dəhşətli cinayətin üstü açılıb.

Polis insan ətindən qutab hazırlayıb satan 3 nəfəri həbs edib.

İstintaq zamanı məlum olub ki, banda 52 yaşlı Xorxe Beltrao Neqramonte, 53 yaşlı İzabel Kristina Peres və 28 yaşlı Bruno Kristidən Oliveyra De Silvadan ibarət olub. Xorxe və İzabel ər-arvad, nisbətən gənc Bruno Kristi isə Xorxenin sevgilisidir.

Qatillər gənc qızları dayə işləmək adı ilə evlərinə dəvət edərək öldürürmüşlər. Qətlə yetirilmiş qadınların əti doğranılır və ondan qutab hazırlanırdı. Həmin qutabları isə onlar yaxınlıqda yerləşən xəstəxananın həkimlərinə, məktəblilərə, qonşulara satırmışlar. Alıcılara isə deyirmişlər ki, qutab toyuq ətindən hazırlanıb.

Müəyyən edilib ki, cinayətkar üçlük özləri də insan əti ilə qidalanırmış.

Hanniballar 2012-ci ildə həbs olunsalar da, istintaq yeni yekunlaşıb. Artıq Braziliyada bu işlə əlaqədar məhkəmə prosesi başlayıb.

O da məlum olub ki, cinayətkarlar dini sektalardan birinin üzvü olublar. Həmin sekta isə dünya əhalisinin zorakı yolla azalmasını təbliğ edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm