İŞİD-ə qoşulmaq istəyən ailənin kimliyi bilindi - konsulumuzdan açıqlama
Bizi izləyin

Qırmızı.az

İŞİD-ə qoşulmaq istəyən ailənin kimliyi bilindi - konsulumuzdan açıqlama

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyədən Suriyaya keçmək istəyərkən saxlanılan Azərbaycan vətəndaşları haqda danışıb.


Baş konsul Publika.az-a açıqlamasında saxlanılanların hazırda Türkiyə polisində olduğunu bildirib: “Konsulluq əməkdaşlarının onlarla görüşməsinə ehtiyac görmədik. Türkiyə polisinin bizə verdiyi məlumata görə, Azərbaycan vətəndaşları üzərində sorğu aparılır. Sorğu başa çatandan sonra İstanbul üzərindən Azərbaycana deportasiya olunacaqlar”.

H. Zeynalov azərbaycanlıların Türkiyə vasitəsilə Suriyaya keçməsi hallarının mütəmadi olduğunu deyib.


“Belə hallarla zaman-zaman rastlaşırıq. Adətən, bu məsələləri işgüzar səviyyədə əlaqədar qurumlarla həll edirik və bunun qarşısını almağa çalışırıq. Türkiyə dövləti də bu məsələyə ciddi yanaşır. Onların əksəriyyətini sərhəddə tutub geri qaytarır”, - deyə o bildirib.


Qeyd edək ki, Türkiyə sərhədindən Suriyaya keçərkən saxlanılan azərbaycanlıların kimliyi bəlli olub. Onlar 1991-ci il təvəllüdlü Paşayeva Simnarə Simral qızı, onun qızı, 2014-cü il təvəllüdlü (10 aylıq) Paşayeva Məryəm Araz qızı, 1996-cı il təvəllüdlü Musayeva Aynur Vahid qızı və 1990-cı il təvəllüdlü Əlimətov Abdul Azad oğludur.

Məlumata görə, azyaşlı uşağı ilə birlikdə Suriyaya getmək istəyən S. Paşayevanın əri Araz hazırda İŞİD silahlı qruplaşmasının tərkibində vuruşur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm