Milli Dirçəliş günü ABŞ-da qeyd olunub
Bizi izləyin

Qırmızı.az

Milli Dirçəliş günü ABŞ-da qeyd olunub

2014-cü il noyabr ayının 17-də ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Minnesota Twin Sity Universitetində Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Universitetin professor-müəllim heyəti, tələbələr, digər təhsil müəssisələrinin tələbələri və soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə Universitetin İqtisadiyyat fakültəsinin tələbəsi İsmayıl Hüseynov açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb.

Universitetin Geologiya fakültəsində təhsil alan, ARDNŞ təqaüdçüsü Samir Kərimov Azərbaycanın iqtisadi inkişafı barədə geniş məlumat verib.

Universitetin Kimya mühəndisliyi fakültəsinin tələbəsi, ARDNŞ təqaüdçüsü Aslan Mansurovun dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, onun Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasındakı rolundan bəhs edən çıxışı böyük maraqla qarşılanıb.

Carlson Biznes Məktəbinin tələbəsi Orxan Mərdanov Azərbaycan-Amerika əlaqələrindən söhbət açıb.

Tədbirdə milli musiqimiz ifa olunmuş, milli rəqslərimiz nümayiş etdirilib.

Universitetdə Azərbaycanla bağlı stend təşkil edilmiş və qonaqlara ətraflı məlumat verilib. Stend çox maraqla qarşılanıb.

Tədbir böyük uğurla keçmiş və Azərbaycan-Amerika əlaqələrinin möhkəmliyi və sabitliyi bir daha vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm