Gəncədə repititorluğa məhdudiyyət
Bizi izləyin

Qırmızı.az

Gəncədə repititorluğa məhdudiyyət

Gəncədə repititor hazırlığına məhdudiyyət qoyulub. Şəhərdə repititor hazırlığı ilə məşğul olan müəllimlərin Publika.az-a verdiyi məlumata görə, günorta saat 13:00-a qədər hazırlıqlara məhdudiyyət qoyulub.

Bu məhdudiyyətin hansı qurum tərəfindən verilməsindən xəbərsiz olan müəllimlər məktəbdə onlara bu barədə xəbərdarlıq edildiyini bildiriblər.

Bu məhdudiyyətə səbəb şagirdlərin təhsildən yayınmasının qarşısını almaqdır. Xüsusən də 10-11-ci sinif şagirdlərinin dərsdən yayınaraq repititor yanına hazırlığa getmələri problem yaradır. Bununla bağlı, müəllimlərə dərs saatında hazırlıq məhdudiyyəti qoyulub.

Gəncə şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Sevda Qurbanəliyeva isə bu barədə qadağanın olmadığını desə də, şagirdlərin dərsdən yayınmaması ilə bağlı nəzarət olduğunu bildirib:

“Bizdə şagirdlərin dərsə davamiyyətində problem yoxdur. Müəllimlərin hazırlıqla məşğul olmasına heç bir qadağa qoyulmayıb. Amma dərs saatında şagird məktəbdə olmalıdır, həmin vaxt hazırlığa getməsi düzgün deyil. Hazırlıq, əlavə məşğələlər dərsdən sonra olmalıdır. Dərsdən sonra heç kim repititor yanına getməyə məhdudiyyət qoymur, qoya bilmərik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm