TQDK hara köçürülür?
Bizi izləyin

Qırmızı.az

TQDK hara köçürülür?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası köçürülür.

Bu barədə Publika.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

Onun sözlərinə görə, köçürmə müvəqqəti xarakter daşıyır:

“Komissiyanın hazırda fəaliyyət göstərdiyi bina söküləcək. Binanın yerində daha müasir tələblərə uyğun yeni bina tikiləcək. Binanın nə vaxt söküləcəyi ilə bağlı dəqiq məlumatımız yoxdur. Lakin dekabr ayından komissiya Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1a. ünvanında fəaliyyət göstərəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm