Səhiyyə Nazirliyi 5 obyekti bağladı
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi 5 obyekti bağladı

Ötən ay sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 22 sahibkar inzibati qaydada cərimələnib.

Bu barədə Publika.az-a Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) məlumat verilib.

Sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər.

Bundan başqa, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 18 nəfər müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Həmçinin, 8 nəfər istintaqa cəlb edilib.

Bakterioloji göstəricilərinə görə 409 nümunə götürülüb 8-nin nəticəsi qeyri-kafi olub. 358 kimyəvi nümunədən 11-də, 899 yaxmadan 11-də nəticələr qeyri-kafi olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm