Bakıda 7 yaşlı qızı zorlayan 58 yaşlı kişiyə hökm oxundu
Bizi izləyin

Qırmızı.az

Bakıda 7 yaşlı qızı zorlayan 58 yaşlı kişiyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirli bilinən 1956-cı il təvəllüdlü Yaşar Yusifovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin iyunun 14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Lalə Cəfərovanın (ad və soyad şərtidir) evinə daxil olub.

58 yaşlı kişi Lalə Cəfərovanın 2007-ci il təvəllüdlü qızı Leylanın (ad şərtidir) evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona xəsarətlə müşayiət olunan zor tətbiq edib. O, daha sonra 7 yaşlı qızla cinsi əlaqədə olub.

Yaşar Yusifov Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilir.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Yaşar Yusifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm