Bakıda intihara cəhd
Bizi izləyin

Qırmızı.az

Bakıda intihara cəhd

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Binəqədi rayonunda intihara cəhdlə bağlı məlumat yayıb.

Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində məlum olub ki, vətəndaş hündürlüyü 15 metr olan, elektrik cərəyanı olmayan, köhnə yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xilasedicilər dirəyə qalxaraq zərərçəkmişin asıldığı ipi kəsib, onu təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm