Qırmızı.az
Nazir Bakı polisini ayağa qaldırdı – motosiklet “ovu” başladı
Bakıda motosikletlərə qarşı xüsusi reyd keçirilib.
Aznews.az-ın xəbərinə görə, paytaxtın əksər küçə və prospektlərində hüquq-mühafizə orqanlarının əməkdaşları yol polisi və post patrul avtomobilləri ilə axtarış aparıblar. Əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Səhlab Bağırov (102), Bakı Şəhər Dövlət Yol Polisinin alay komandiri Rəşadət Babayev (302), Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (304) edib. Gecə saatlarından başlayan əməliyyat nəticəsində bu dəqiqələrədək 11 motosiklet saxlanılaraq, dayanacaqlara aparılıb.
Əməkdaşımız gözlənilmədən belə geniş əməliyyatın keçirilmə səbəbini də öyrənib. Məlum olub ki, bu gün 20-21 radələrində Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığından xidməti avtomobili ilə hərəkət edərkən 6 motosiklet onun yoluna keçib və nümayişkaranə şəkildə yol hərəkəti qaydalarını pozub.
Bundan sonra nazir həmin motosikletlərin tapılmasını, ümumiyyətlə, Bakıdakı əksəriyyətinin qeydiyyatlarında problem olan, yol hərəkəti qaydalarını tez-tez pozan motosikletlərlə bağlı təcili ölçü götürülməsi tapşırığı verib. Bundan sonra “motosiklet ovuna” start verilib.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO