Azərbaycanda 24 yaşlı qız özünü güllələdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 24 yaşlı qız özünü güllələdi

Cəlilabadda bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Cəlilabadın Əliqasımlı kəndində qeydə alınıb.


1990-cı il təvəllüdlü kənd sakini Quliyeva Xədicə Lətafət qızı ov tüfəngindən atəş açaraq intihara cəhd edib. Qarın nahiyəsindən yaralanan gənc qız təcili olaraq Cəlilabad rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Reanimasiyaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı Cəlilabad rayonu polis idarəsində araşdırma aparılır. Hələlik intiharın səbəbi bilinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm