Ağsu aşırımında yük maşınlarının hərəkətinə qadağa qoyuldu
Bizi izləyin

Qırmızı.az

Ağsu aşırımında yük maşınlarının hərəkətinə qadağa qoyuldu

Ağsu aşırımında 17-ci ərazidə sürüşmə, uçqun tipli proseslər inkişaf edib. Həmin ərazilərdə mütəmadi aktivləşmə müşahidə edilir. Sonuncu dəfə dünən müşahidə olunan aktivləşmə uçquna səbəb olub.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, aktivləşmə yalnız Ağsu-Şamaxı yolu deyil, dağlıq ərazilərdən keçən yollarda müşahidə edilir.

“Lənkəran-Lerik avtomobil yolunun 17, 45, 49-cu kilometrliyində aktivlik var. Quba-Xınalıq yolunun 36-38-ci kilometrliyi də mütəmadi olaraq sürüşmə sahələrinin aktiləşdiyi zonalardır. Apardığımızın monitorinqlər zamanı paytaxtın da mövcud sürüşmə sahələrində ciddi aktivləşmə müşahidə etməmişik”.

S.Əmiraslanov sürüşmənin aktivləşdiyi ərazilərdə ağır tonnajlı avtomobillərin hərəkətinə qadağa qoyulduğunu bildirib.

“Minik avtomobilləri ilə bağlı hər hansı qadağa yoxdur. Sadəcə, ötən gün baş verən uçqun nəticəsində müvəqqəti olaraq hərəkət məhdudlaşdırıldı. Artıq işlər başa çatıb və hərəkət məhdudiyyəti də aradan qaldırılıb”.

O, yaxın günlərdə proqnozlaşdırılan yağışlı hava şəraitinin mövcud sürüşmə sahələrindəki aktivliyinin bir az da artıracağının ehtimal edildiyini bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm