Qırmızı.az
Azərbaycan parlamenti uşaq televiziya kanalının yaradılmasını vacib sayır
“Azərbaycanda uşaq televiziya kanalının yaradılmasına nail olacağıq”.
Trend-in məlumatına görə, bu fikri Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
Vitse-spiker bildirib ki, uşaq hüquqlarının müdafiəsi dünyada hər
bir dövlət, o cümlədən Azərbaycan üçün prioritet
istiqamətlərdəndir: “Gələcəyimiz uşaqların əlindədir. Gələcəkdə
onların əldə edəcəyi uğurlar biz böyüklərin göstərdiyi xidmətdən
asılıdır. Biz uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul
etmişik. Milli Məclis ali qanunverici orqan kimi uşaq hüquqlarının
təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının
təkmilləşdirilməsinə çox ciddi önəm verir. Təsadüfi deyil ki,
parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara
qoşulub, lazımi qanunları qəbul edib”.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra
uşaq hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb: “Biz
ölkədaxili siyasət aparmaqla yanaşı, beynəlxalq təşkilatlarla da
əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməyə çalışırıq. UNİCEF-lə
əməkdaşlığa xüsusi diqqət yetiririk. Ölkədə uşaq hüquqlarının
qorunması o zaman geniş vüsət aldı ki, bununla bağlı qurum
yaradıldı. Bu sahədə qazanılan təcrübənin öyrənilməsi UNİCEF-ə üzv
olan digər dövlətlər üçün də maraqlıdır. Uşaq hüquqlarının və
gender bərabərliyinin qorunması ilə bağlı qəbul edilən maddələr çox
təqdirəlayiqdir”.
Vitse-spiker deyib ki, Azərbaycanda daim uşaqlara xüsusi münasibət
göstərilib, həmçinin ailə institutu çox möhkəm olub: “Gələcəkdə də
hansısa qlobal problemlərin, faktorların bu amilə təsir edəcəyi
ehtimalını qəbul edə bilmərik”.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO