Moteldə ölən ailəli xanımın əmisi oğlu ilə münasibəti varmış
Bizi izləyin

Qırmızı.az

Moteldə ölən ailəli xanımın əmisi oğlu ilə münasibəti varmış

Ötən gecə Binəqədi rayonunda yerləşən "Vulkan" motelində baş verən hadisə zamanı qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi məlum olub.

Binəqədi Rayon Prokurorluğundan Report-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Şükürova Afaq Rafiq qızının özünü asaraq intihar etdiyi ortaya çıxıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, A.Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. Ötən gecə "Vulkan" motelində hadisə baş verən zamanı da A.Şükürova orada əmisi oğlu ilə birlikdə olub. Onun əmisi oğlunun adı açıqlanmır.

Məlumatda bildirilib ki, hadisə zamanı A.Şükürovanın yanında olan əmisi oğlu şübhəli şəxs qismində saxlanılıb.

Hazırda onun A.Şükürovanın ölümündə iştirak edib-etmədiyi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm