Qırmızı.az
Himayədar ailələrə əməkhaqqı və müavinət verilə bilər
Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaq himayəyə götürəcək himayədar (foster) ailələrə əməkhaqqı, aylıq və birdəfəlik müavinət verilə bilər.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib ki, hökumətə himayədar ailələrə uşağın sayından asılı olmayaraq, minimum əməkhaqqı səviyyəsində aylıq əməkhaqqının, hər uşağa görə yaşayış minimumu həddində aylıq müavinətin və hər uşağa görə yaşayış minimumunun 2 misli həddində birdəfəlik müavinətin verilməsi təklif edilib.
Sağlamlıq imkanları məhdud, kimsəsiz uşaqlara görə müavinətlərin isə 2 dəfə artırılması təklif olunub.
Nazirlik rəsmisinin sözlərinə görə, 2010-cu ildə Ailə Məcəlləsi təsdiq olunarkən orada himayədar ailə haqqında əsasnamənin təsdiq edilməsi məsələsi qoyulmuşdu, lakin bu günə kimi Azərbaycanda himayədar ailə institutu təşəkkül tapmayıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!