Sabahın hava proqnozu: yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabahın hava proqnozu: yağış yağacaq

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək, bəzi ərazilərə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Şimal küləyi gecəyə doğru arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 9-14, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm