“Azərsu” işçi axtarır
Bizi izləyin

Qırmızı.az

“Azərsu” işçi axtarır

İşə qəbul müsabiqə əsasında həyata keçirilir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti üçün baş mühasib vəzifələri üzrə vakant yerlərə işçi qəbulunu elan edir.

“Azərsu”ASC-nin mətbuat xidməti şöbəsindən Publika.Az-a verilən xəbərə görə, müsabiqədə 1 C mühasibatlıq proqramı ilə işləmək bacarığı və bu sahədə azı 3 il iş təcrübəsi olan, 25-45 yaşlarında, ali təhsilli, Azərbaycan və rus dillərini bilən vətəndaşlar iştirak edə bilər.

Namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən vəzifənin adı “baş mühasib” göstərilməlidir. Şəxsi məlumatlar Azərbaycan dilində olmalı və burada əvvəlki iş yerlərindəki öhdəliklər barədə ətraflı məlumat verilməlidir.

İşə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm