Nömrələrin daşınması üçün yüzlərlə müraciət edilib - Nazirlik
Bizi izləyin

Qırmızı.az

Nömrələrin daşınması üçün yüzlərlə müraciət edilib - Nazirlik

Nömrələrin daşınması ilə bağlı yüzlərlə müraciət edilib, onların hamısı baxılma mərhələsindədir. Hələ ki, istifadə edilmir. Nömrələrin daşınmasından istifadə edənlər səmərəli xidmət və yüksək keyfiyyət görəcəklər.

Bu sözləri Publika.Az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov deyib.

O, nömrələrin daşınması sisteminin vəd etdiyi üstünlüklər barədə də məlumat verdi:

“Nömrələrin daşınması kommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına, nömrə resurslarından effketiv istifadəyə, istehlakçı hüquqlarının qorunmasına, abonentlərin daha səmərəli xidmət təklif edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaradan bir xidmətdir”.

Xidmətdən necə istifadə edilməsinə gəldikdə isə Z.Qasımov bildirdi ki, istifadəçilər yalnız nömrənin daşınması üçün alıcı operatorun “Müştəri xidməti”nə müraciət etmədirlər. Ərizə və şəxsiyyət vəsiqəsi ilə birgə edilən müraciətə 6 iş günü ərzində cavab verilir. Nömrə kimin adına qeydiyyatdadırsa, digər operatora keçilməsi ilə bağlı da ərizə ilə məhz həmin şəxs müraciət etməlidir. Yaxud səlahiyyətli nümayəndəsi bunu həyata keçirə bilər, bu da notarial qaydada təsdiq edilmiş vəkalətnamə olmalıdır.

Xidmətə keçilən andan istifadə başlanır. Yenidən başqa bir operatora keçmək üçün isə 3 ay vaxt tələb edilir”.

İstifadəçiləri maraqlandıran əsas məsələlərdən biri keçid edilən mobil operatorda həmin şəxsin nömrəsi artıq istifadə edilirsə, bu zaman hər hansı problem yaşana bilərmi?

Z.Qasımov bildirdi ki, nömrə şəbəkə kodu ilə birlikdə daşındığına görə, istifadəçilərin bu cür problemlərlə qarşılaşması mümkün deyil:

“Bütün operatorlarda nömrə ilə yanaşı həmin şəbəkənin kodu da yığılır. Nömrənin əvvəlində kod nömrələrin ayrılmasını bəlli edəcək”.

Gələcəkdə nömrə daşınmasında tətbiq olunacaq yeniliklərə gəldikdə o bu məsələnin opetatorlar tərəfindən müəyyən ediləcəyini dedi:

“Hər bir operator onun xidmətindən istifadə edən abunəçinin digər operatorlara daşınması barədə düşünməlidir. Bunun əsasında qərar qəbul etməli, yeni təkliflər hazırlayıb, istifadəçilərə təklif etməlidirlər. Yaşanan hər hansı problemlə əlaqədar da operatorun müştəri xidmətinə müraciət etməlidir”.

Qeyd edək ki, bu il fevralın 1-dən artıq ölkədə mobil nömrələrin daşınması xidmətinə başlanılıb. Sistemin operatorlar arası rəqabəti artıracağı və qiymətlərin enməsinə səbəb olacağı bildirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm