1795 nəfər borclunun ölkədən çıxmasına qadağa qoyuldu
Bizi izləyin

Qırmızı.az

1795 nəfər borclunun ölkədən çıxmasına qadağa qoyuldu

Bu ilin 9 ayında 1795 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Publika.az-ın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Məlumata görə, bu ilin 9 ayında icra işlərinin sayı ötən ilin illik göstəricilərindən də çox artaraq 231 mini ötüb, onun da 70%-ə yaxınının icrası vaxtında təmin olunub.

Həmçinin icra məmurlarının müraciətləri əsasında icra haqqında qanunvericiliyin tələblərini pozan 2400-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub, 153 nəfər barəsində cinayət işi başlanılıb, 1795 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Nazir bildirib ki, məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 420 cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm