"Dato Tbiliski" ləqəbli avtoritet saxlanıldı
Bizi izləyin

Qırmızı.az

"Dato Tbiliski" ləqəbli avtoritet saxlanıldı

Kriminal aləmdə "Dato Tbiliski" ləqəbilə tanınan avtoritet David Şarabidze həbs olunub. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskva yaxınlığında saxlayıblar.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, narkotik maddələrin qanunsuz ticarəti, hazırlanması və satışı ilə bağlı aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları Moskva yaxınlığında 46 yaşlı Gürcüstan vətəndaşı, "qanuni oğru" "Dato Tbiliski" ləqəbli şəxsi yaxalayıblar.

Şəxsi yoxlama zamanı David Şarabidzenin üzərindən 3,8 qramm heroin tapılaraq götürülüb. Bu faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsi (qanunsuz əldə etmə, saxlama, geniş miqdarda narkotik maddələrin daşınması) üzrə cinayət işi açılıb.

Qeyd edək ki, "Dato Tbiliski" ləqəbli avtoriteti 2012-ci ildə Rusiyadan Gürcüstana xaric edilib. Belə ki, o, xarici ölkə vətəndaşının Rusiya ərazisində qalma qaydalarını pozduğuna görə məhkəmə qərarı ilə aviareyslə birbaşa Tiflisə yola salınmışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm