• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İnternat evinin direktorundan iddialara cavab

İnternat evinin direktorundan iddialara cavab

Bu gün mətbuatda Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində uşaqların tualetdə soyuq su ilə çimizdirilməsi ilə bağlı məlumat yayılıb.

Məktəbin direktoru Gülnarə Abdullayeva Publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, video- materialın müəllimə tərəfindən məqsədli şəkildə hazırlandığını deyib:

“Bizim müəssisədə uşaqlar üçün maksimum rahat şərait yaradılıb. Daim isti suyu olan hamamımız var və bütün gigiyenik tələblər gözlənilir. Mülkücahan Əliyeva məqsədli şəkildə 10 yaşlı iki uşağı dərsdən çıxarıb, tualetə aparıb və həmin videonu çəkib. Uşaqlar sonra gəlib mənə Mülkücahan müəllimənin onları videoya çəkdiyini və heç kimə deməmələri barədə tapşırdığını dedilər. Üstəlik, məlumatda soyuq su deyilir, bizim tualetlərdə də isti su var”.

G.Abdullayeva M.Əliyevanın bu addımını direktorluğa olan iddiası ilə əsaslandırıb:

“Mən direktor təyin olunana qədər o, burada müavin işləyib, direktor olmağa iddialı olub. Bu cür xəbərlər və video materialların yayması da həmin iddia ilə bağlıdır. Onun baş tərbiyəçi olduğu vaxtlarda uşaqlar ac, paltarsız qalıblar, onlara işgəncə də verilib. İndi isə həmin problemlər aradan qaldırılıb və uşaqlar ev şəraitində yaşayır. M.Əliyeva isə bu şəraiti qəbul edə bilmir”.

Direktor onu da bildirdi ki, bu gün Həmkarlar İttifaqının iclasında bütün kollektiv M.Əliyeva ilə işləmək istəmədiklərini bəyan ediblər və o, işdən azad edilib.

Xatırladaq ki, bu gün mətbuatda Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində uşaqların tualetdə soyuq su ilə çimizdirilməsi barədə məlumat yayılıb. Bundan əvvəl isə adıçəkilən müəssisədə uşaqların bir-birini yandırması barədə M.Əliyeva tərəfindən məlumat yayılmışdı. Lakin Təhsil Nazirliyinin apardığı araşdırma nəticəsində iddianın əsassız olması barədə məlumat yaymışdı.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR