Azərbaycanda İİV həftəliyi başladı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda İİV həftəliyi başladı

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropa regionunda İİV-ə yoluxmuş insanların 30-50 %-nin yoluxma barədə məlumatı yoxdur. Bunu nəzərə alaraq, noyabrın 21-dən 28-dək Avropa İİV testi həftəliyi təşkil edilir. Azərbaycan da bu həftəliyə qoşulub.

Bunu Publika.az-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Elmira Alməmmədova deyib.

Onun sözlərinə görə, bu həftəliyin keçirilməsində məqsəd əhalinin xəstəlik barədə məlumatlandırılmasıdır.

“Bu həftəlik zamanı könüllü aksiyalar da keçiriləcək. İstəyən şəxs səyyar laboratoriyalarda İİV analizini verə biləcək. Aksiya ölkənin 15 ali məktəbində və bölgələrdəki filiallarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, digər şəhərlərdə, böyük ticarət mərkəzlərində, Bakı və Salyan avtovağzalında keçiriləcək”.

Bu məsələdə Gənclər və İdman Nazirliyi, UNİCES, Qırmızı Aypara Cəmiyyəti bu məsələdə QİÇS-lə Mübarizə Mərkəzinə dəstək verir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm