“Ermənilərin bu gün yaydıqları xəbər növbəti təxribatdır”
Bizi izləyin

Qırmızı.az

“Ermənilərin bu gün yaydıqları xəbər növbəti təxribatdır”

“Azərbaycanın iki əsgərini itirməsiylə bağlı məlumat ermənilərin növbəti yalanıdır”.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı məlumat verib.

V.Dərgahlı ermənilərin bununla da vurulmuş helikopter ətrafında məsələləri gərginləşdirmək istədiyini bildirib:

“Bu, ermənilərin növbəti təxribatıdır. Ermənilər bununla da helikopter ətrafında yaranmış vəziyyəti gərginləşdirmək istəyirlər. Bu işə də həmçinin beynəlxalq təşkilatları qoşmaq niyyətindədirlər. Biz cəbhə xəttində olan vəziyyətlə bağlı məlumatı öz rəsmi saytımızda yerləşdirmişik. Əgər hansısa bir itkimiz olsa, dərhal ictimaiyyətə açıqlama verəcəyik. Ermənilərin yaydığı məlumatın yalan və vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat olduğu birmənalıdır”.

Qeyd edək ki, az öncə News.am saytı Ermənistanın Müdafiə Nazirliyindəki mənbələrinə istinadən Azərbaycanın iki əsgərinin vurulmuş vertolyota tərəf yaxınlaşmaq istərkən öldürüldüyü haqqında təxribat xarakterli məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm