Bakıda polisləri bıçaqlayanlar tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda polisləri bıçaqlayanlar tutuldu

Bakıda polisləri bıçaqlayaraq hadisə yerindən qaçan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Bakı BPİ DYPİ-nin əməkdaşları - polis baş serjantı Nicat Bayramova və polis kiçik serjantı Yasin Umudova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edən Bakı şəhər sakinləri İlham Ağayev və Cinayət Məcəlləsinin 126-cı və 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddələri ilə axtarışda olan Urman Aslanov tutulublar.

İ.Ağayevin idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı 6,75 qram marixuana, U.Aslanovdan isə 10,012 qram heroin götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm