Ramil Usubov rəislərin yerini dəyişdi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov rəislərin yerini dəyişdi

Daxili İşlər naziri general-polkovnik Ramil Usubov 2 rayona yeni rəis təyin edib.

Axar.az xəbər verir ki, nazirin əmri ilə Ağdaş Rayon Polis Şöbəsinin rəisi polkovnik Telman Nurməmməd oğlu Ağasıyev Quba rayonuna polis rəisi təyin edilib.

Nazirin digər əmri ilə Zərdabın polis rəisi polkovnik Elnur Şamil oğlu Həsənzadə isə Ağdaş rayonunun polis rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Seyfulla Əzimov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə rəis təyin edildikdən sonra Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsi vokant idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm