Qırmızı.az
Mübariz İbrahimovun məzarı ziyarət olunub - FOTO
Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə onlarla gənc Milli qəhrəman, şəhid Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarlarını ziyarət edib.
Gənclər şəhidlərimizin məzarına tər çiçəklər düzüblər. DANİB sədri Elməddin Behbud şəhid Mübariz İbrahimovun qəhrəmanlığından söz açaraq qeyd edib ki, bu hadisə düşmənə Azərbaycan ordusunun və bütövlükdə vətəndaşlarının torpaqlarımızın işğal altında olması faktı ilə barışmayacağı haqqında qətiyyətli mesaj və böyük zərbə olub.
Təşkilatın sədri Elməddin Behbud belə dəyərli şəxslərin yalnız doğum və ölüm günlərində deyil hər zaman anılmasının vacib olduğunu və bugünkü ziyarətin də məhz bu məqsədlə edildiyini bildirib.
E.Behbud Azərbaycanın işğal altındakı torpaqları üzərindəki hava məkanının uçuşlara qapalı olduğunu bildiyi halda Ermənistan silahlı qüvvələrinə məxsus vertalyotun döyüş mövqelərimizə hücum edərkən ordumuz tərəfindən zərərsizləşdirilməsini böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını deyib.
Təşkilat üzvləri beynəlxalq təşkilatları və ATƏT-in Minsk qrupunu beynəlxalq hüquq normalarına hörmət bəsləyərək gec də olsa işğalçı ilə işğala məruz qalan arasında fərq qoymağa, Ermənistana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıblar. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin üzvləri eyni zamanda cənab prezident İlham Əliyevin düşmənin bütün təxribatçı əməllərinə bundan sonrada qətiyyətli cavab veriləcəyi ilə bağlı mövqeyini alqışladıqlarını bildirərək, bütün gənclərin düşmənə qarşı informasiya müharibəsində də fəallığının vacibliyini vurğulayıblar./TREND/
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."