Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - YENİLƏNİB

Bu gün günorta saatlarında baş verən zəlzələ bütün ölkə ərazisində hiss edilib. Bu barədə Publika.Az-a açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüsalə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, hazırda mərkəzdə bütün koordinatlar üzrə dəqiqləşdirmələr aparılır. Zəlzələ müxtəlif ərazilərdə 5-3 bala qədər hiss edilib:

“Seysmoloji xidmət mərkəzinin bütün bölgələrdəki stansiyaları ilə əlaqə saxlanılır, ətraflı məlumat toplanılır. İlkin məlumatlara görə, dağıntı qeydə alınmayıb. Lakin araşdırmalar aparılacaq. Daha dəqiq məlumatlar Fövqəladə Hallar Nazirliyinin müvafiq araşdırmalarından sonra məlum olacaq”.

Gülxar

***

AMEA-dan verilən məlumata görə, zəlzələ fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində qeydə alınıb.

30 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.70 olub.

Qeyd edək ki, yeraltı təkanlar paytaxt Bakıda və ölkənin digər ərazilərində hiss olunub.

Tikintilərdə dağıntı və itki barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm