Bakıda Yeni il hazırlıqlarına start verildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda Yeni il hazırlıqlarına start verildi - FOTOLAR

Paytaxt Bakıda artıq Yeni il hazırlıqlarına start verilib.

Axar.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzi küçələrində yolka quraşdırılması işlərinə başlayıb.

Yolkalar ötən il olduğu kimi, dəmir konstruksiyalardan yığılır. Yolka tam yığılandan sonra yaşıl örtüklə örtüləcək və oyuncaqlarla bəzədiləcək.

Azadlıq və Fəvvarələr meydanı, həmçinin Milli Parkın ərazisində də yolkaların qurulması nəzərdə tutulub.
Əməkdaşımızın verdiyi məlumata görə, yol kənarlarındakı dirəklərdə, meydan parklarında bəzəkli elektrik lampalarını indidən görmək mümkündür. Yolkalar hələ tam quraşdırılmasa da, Yeni ilə aid oyuncaqların, şaxta babaların satışına artıq başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm