• USD 1,7025 0,00% EUR 1,8566 -0,33%
    • GBP 2,1909 +0,23% RUB 0,0299 -1,67%

Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib

Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib

Bu gecə Şəmkirdə qətl hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 28 yaşlı Firuz Zamanov şəxsi münasibətlər zəminində 39 yaşlı Laçın Məmmədov tərəfindən bıçaqlanıb. 2 bıçaq zərbəsi alan F.Zamanov hadisə yerində dünyasını dəyişib.

Cinayəti törədən L.Məmmədov dərhal hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Qeyd edək ki, L.Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR