• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

AMEA əcnəbi tələbələrlə müqavilə bağlayacaq

AMEA əcnəbi tələbələrlə müqavilə bağlayacaq

AMEA doktorantura və dissertanturaya minimum imtahan verən əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə ödənişli əsaslarla müqavilələrin bağlanmasının təmin edilməsi planlaşdırılır.

AMEA-dan Publika.az-a verilən məlumata görə, bu məsələnin vacibliyi Rəyasət Heyəti Mərkəzi aparatın Təhsil şöbəsi Xarici dil kafedrasının professor-müəllim heyəti ilə görüşdə səsləndirilib.

Akademik Akif Əlizadə aparılacaq islahatlarla bağlı tövsiyələrini verib, imtahan və tədris prosesinin müasir standartlara uyğunlaşdırılması, imtahan otaqlarının yeni audio-video avadanlıqlarla təminatı, distant təhsilin yeni əsaslarla təşkilini məqsədəuyğun hesab edib.

İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ilə mübadilə və əməkdaşlıq şəraitində mütəşəkkil addımlar atılacağını, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və səmərəsinin artırılması üçün qabaqcıl, innovativ layihələr həyata keçiriləcəyini bildirib.

Magistratura pilləsinin açılması, istedadlı gənclərin elmə cəlb edilməsi, elmlə təhsilin inteqrasiyası, gənclərin ixtisasartırma kurslarında iştirakı, onlarla müxtəlif sahələrdə işlərin aparılması, gənclərin sosial problemlərinə həssas yanaşılması və ən əsası biliklər cəmiyyəti quruculuğu şəraitində xarici dil bilgilərinə sahib gəncliyin yetişdirilməsi qabaqcıl elmi istiqamətli kadr hazırlığına nail olunmasına xidmət edir.

Müəllimlərin ixtisasartırma proqramlarına qoşulması, doktorant və dissertantların sosiallaşmasının dərinləşdirilməsi üçün onlarla interaktiv münasibətlərin qurulması, kafedranın maddi-texniki bazasının gücləndirilməsi, İKT ilə təminatının artırılması, tədrisin maliyyələşdirilmə mexanizmləri və müəllimləri stimullaşdırıcı tədbirlər perspektivdə duran məsələlər kimi müəyyənləşdirilib. Bununla bağlı əlaqədar şəxslərə tapşırıqlar verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR