"Editor.az"ın iki yaşı tamam olur
Bizi izləyin

Qırmızı.az

"Editor.az"ın iki yaşı tamam olur

Editor.az İnformasiya Portalının iki yaşı tamam olur. 2012-ci ilin 24 noyabrında fəaliyyətə başlayan portal bu gün növbəti ad gününü qeyd edir.

Editor.az-ın təsisçisi və baş redaktoru Fərid Şahbazlı bildirir ki, gərgin rəqabət şəraitində yaranan və fəaliyyətini davam etdirən portal iki illik qısa zaman kəsiyində ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib:

“İki yaşının tamamında Editor.az-a gündəlik oxucu girişi 12-17 min İP arasında dəyişir. Portalımızın yaydığı xəbərlərə davamlı olaraq, ölkəmizin tanınmış mətbu orqanları istinad edir. Editor.az-da yayınlanan bir sıra rubrikalar ictimaiyyətin daimi diqqətinə və marağına səbəb olur. Ancaq, düşünürəm ki, məqsədimizə çatmaq üçün hələ qət ediləsi uzun bir yol var”.

Publika.az kollektivi adından həmkarlarımızı təbrik edir, onalara yaradıcılıq uğurları arzulayırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm