Eynşteyn baba
Bizi izləyin

Qırmızı.az

Eynşteyn baba

Bilmirəm sözə hardan başlayım. Nə deyim, nə edim ki, fikirlərimi sizlərə çatdırım?! Bəzən insanda olur axı elə şeylər. Kəlmələrin yetərsiz qaldığı an. Beyin durur, işləmir. Sükut!

Demək istədiklərini duyğuların ifadə edir. Gözlərin səni ələ verir. Harasa getmək istəyirsən. Elə lap uzaqlara. Bəlkə, özünü tapmağa, bəlkə də, özündən qaçmağa. Hə, bilirəm hamı elə bu sözü deyir, hara qaçsan da, özündən qaça bilməzsən. Mən isə elə özümdən də, taleyimin qurduğu oyundan da qaçmaq, xilas olmaq istəyirəm. Zatən, susmaq kədərin simvolu kimi bir şeydir mənim üçün...

Rəhmətlik Albert Eynşteynə görə, yer üzərindəki yaşamın düzəlməsi təkcə elmi kəşflərlə deyil, çox əxlaqlı bir həyatın formalaşması ilə bağlıdır. Jurnalist ona belə bir sual ünvanlamışdı:

- Dünya niyə xaoslar silsiləsi yaşayır?

- Dünya xaosları pis insanlar və qərarlar ucbatından deyil, onları görüb səslərini çıxarmayanlara görə yaşayır.

O, bu sözləri ölümünə az qalmış vaxtda demişdi. Bəli, Eynşteyn baba, sən haqlı idin. Səni çox adam dəli adlandırırdı. Elə mən də onlardan geri qalmırdım. Orta məktəbdə fizika dərsindəki sinif otağında rəsmin vardı. Divarın bir küncündə. Sinif yoldaşlarımla sənin rəsminə baxıb, şit-şit gülürdük. Səni “başdan xarabın biri” zənn edirdik. Hərçənd ki, o zaman “başdan xarab” biz idik. Əslində, biz də yox, təhsil başdan xarab idi. O təhsil ki səni bizə ötəri tanıtmışdı. Görünüşün, saçlarının pırtlaşıqlığı səni olduğun kimi göstərirdi. Sən indi mənim ideallarımdan birisən.

İndi yalnız Allah bilir hardasan! Bu həyatın bir sınaq olduğu, yaşam mübarizəsi olduğunu hamımız dərk etməliyik. Allah ölüyə də, diriyə də rəhmət eləsin...

Eynşteynin yadda qalan sözlərini hər zaman xatırlayıram...

Eynşteyn baba ilk evləndiyi qadına “hər gün paltarlarını səliqəyə salacağı və şəxsi əşyalarına əsla toxunmayacağı” barədə şərtlər irəli sürən sənəd imzalatmışdı.

Fərqli nəticələr gözləməyin, “dəlilik: eyni şeyləri təkrar edib, fərqli nəticələndirər gözləməkdir".

Yəni, hər gün eyni şeyləri təkrar yaşayaraq fərqli görünməyi bacara bilməzsiniz. Həyatınızın dəyişməsini istəyirsinizsə, özünüzü dəyişdirməlisiniz...

Eynşteyn baba səliqəsiz geyinən dalğın düşüncəli bir insan idi. Bir gün də dərin düşüncəyə daldığı halda yolla gedərkən dostlarından birinə rast gəlib deyir:

- Axşam bizə qonaq gəl, professor Stimson da bizdə olacaq.

- Stimson elə mən özüməm də!, - deyə dostu cavab verdikdə:

- Heç əhəmiyyəti yoxdur. Hər halda, sən gəl!- deyən alim sözündə israr edir.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm