6 rayonun prokuroru dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

6 rayonun prokuroru dəyişdirildi

Ölkə üzrə 6 rayonun prokuroru dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a bildirib ki, baş prokuror Zakir Qaralovun əmrinə əsasən, Baş Prokurorluğun idarə rəisinin müavini Əli Abdullayev tutduğu vəzifədən azad edilərək Zaqatala rayon prokuroru vəzifəsinə təyin olunub.

Beyləqan rayon prokuroru Muxtar Eminov Göyçay rayon prokuroru, Göyçay rayon prokuroru Fuad Məmmədov Goranboy rayon prokuroru, Saatlı rayon prokuroru Tariyel Ələkbərov Cəlilabad rayon prokuroru, Zəngilan rayon prokuroru Azər Osmanov isə Beyləqan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm