• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Metro stansiyalarında təmir başlanıldı

Metro stansiyalarında təmir başlanıldı

“Bakı Metropoliteni” stansiyalarında təmir işləri aparılır. Ehtiyac olduqca müvafiq stansiyalarda təmir həyata keçirilir.

Bunu Publika.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, təmir işləri gündəlikdə olan məsələdir:

“Bir müddət əvvəl “Memar Əcəmi” stansiyasında təmir aparıldı. Hazırda “Nəriman Nərimanov” stanasiyasında bu prosesə başlanılıb. Planlı şəkildə təmir işləri digər stansiyalarda da aparılacaq”.

Metropoliten rəsmisi bildirib ki, “Bakı-2015” Avropa Oyunları ərəfəsində də bəzi yeniliklər olacaq:

“Həmin günlərdə gücləndirilmiş iş rejimində işləyəcəyik, sərnişinlərin təhlükəsiz hərəkətini təmin edəcəyik. Oyunlar gec qurtardığı halda, metroda iş saatını artıra bilərik. Lakin proqram tam bəlli olmadığına görə, dəqiq hansı işlər görüləcəyini deyə bilmirik. Təşkilat Komitəsindən təkliflər gələndən sonra işlərə başlanacaq. Bizim əsas işimiz sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmasıdır”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR