• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qənirə Paşayeva İstanbulda böyük aydın Turan Yazqanı Anma Proqramında çıxış edib

Qənirə Paşayeva İstanbulda böyük aydın Turan Yazqanı Anma Proqramında çıxış edib

İstanbul Universitetində Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkilləri, siyasətçilər, aydınlar, elm və mədəniyyət xadimlərinin iştirakı ilə Türk Dünyasının böyük aydını və bütün həyatını Türk dünyasının bir-birini daha yaxşı tanıması, sahiblənməsi, əməkdaşlığı, birlik və bərabərliyi üçün çalışmalara sərf edən və məktəblər açaraq gənclərin təhsilli olmasına çalışan, qurduğu Türk Dünyası Araşdırmalar Vaqfı ilə Türk Dünyasında elm, təhsil, mədəniyyət, ortaq dilimiz adına çoxlu sayda layihələr həyata keçirən Turan Yazqanın ölümünün 2-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva ilk öncə Turan Yazqanla bağlı xatirə və fikirlərini bölüşüb.

Türk Dünyasının birliyi, bərabərliyi üçün yorulmadan, fədakarlıqla çalışan Turan Yazqan hocanın ən böyük arzusunun harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının dünyanın hər yerində yaşayan qardaş-bacılarını yaxından tanıması və sahiblənməsi olduğunu bildirən Qənirə Paşayeva gəncləri də bu istiqamətdə yorulmadan çalışmağa çağırıb. “Bizlər bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə bir-birimizi daha yaxından tanımalı, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Millət vəkili Qənirə Paşayeva Türk Dünyasının müxtəlif bölgələrindən gələn insanların iştirakı ilə keçirilən böyük aydın Turan Yazqanın Anma Proqramında Türk Dünyasına səslənərək unutmayın siz həm də Azərbaycanlısınız deyib və Türk Dünyasının hər tərəfindən gəlmiş türkləri Qarabağ həqiqətlərini daha geniş yaymağa çağırıb.“ Bu gün dünyanın müxtəlif bölgələrində İraqda, Suriyada, Doğu Türküstanda, Krımda, Axısxada, Balkanlarda, Kuzey Kıbrısda türk insanı ciddi problemlərdən əziyyət çəkirlər. Azərbaycan torpaqlarının 20 fazini Ermənistan hələ də işğaldan azad etmir və 1 milyon qardaş-bacınız öz evinə döbə bilmir.

Bu məsələlərlə bağlı daha çox düşünməliyik. Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkilstan, Kuzey Kıbris, Balkanlardan, Kərkükdən, Suriyadan, Krımdam, Rusiya daxilindəki türk kökənli xalqlar, bir sözlə dünyanın hər yerindən gəlmiş və bu gün burada olan qardaş-bacılarımıza səslənirəm - birimizin sevincimiz hamımızım sevinci, birimizin acısı hamımızın acısı olmalıdır. Əgər belə bir düşüncə ilə addımlasaq, daha da güclü olarıq və haqsızlıqlarla dolu olan dünyada bizə qarşı haqsızlıqlara və ədalətsizliklərə qarşı daha güclü müqavimət göstərərik və eyni zamanda daha çox inkişaf edər və daha da güclü olarıq”. Deputat vurğulayıb ki, bu gün Azərbaycanın ən böyük problemi olan Qarabağ problemi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması, törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı bizlərə qarşı edilmiş ən böyük haqsızlıqdır. “Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”, – deyən millət vəkili çıxışının sonunda tədbirdə iştirak edən bir sıra türk xalqları təmsilçilərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, həmmüəllifi olduğu “Hocalı Soykırımı tanıkların dilinden” kitabını, müəllifi olduğu kitab və musiqi albomlarını hədiyyə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR