Kollec tələbələrinin seks xidməti - 500 nəfərlik fahişə şəbəkəsi - ŞOK ƏMƏLİYYAT
Bizi izləyin

Qırmızı.az

Kollec tələbələrinin seks xidməti - 500 nəfərlik fahişə şəbəkəsi - ŞOK ƏMƏLİYYAT

Özbəkistanın hüquq-mühafizə orqanları Daşkənddə tanınmış «Kolleman Models» model agentliyi adı altında fəaliyyət göstərən sutenyorlar bandasını ifşa edib.

Teleqraf.com-un «İnterfaks»a istinadən xəbərinə görə, fahişəxanaya hətta yetkinlik yaşına çatmayan qızlar da cəlb edilib. Özbəkistan DİN-in Baş İdarəsinin məlumatına görə, burada fahişəliyə cəlb edilən ən gənc qızlar 13-14 yaşlarındadır. Onlar kollecdə təhsil almaqla yanaşı, seks xidməti ilə məşğul olublar. Fahişəliklə məşğul olan təşkilatın fəaliyyətinə dair faktlar gizli polis agentinin iştirakı ilə aparılan əməliyyat sayəsində mümkün olub.

«DİN-in Baş İdarəsininin əməkdaşı oraya müştəri qismində gedib. Ondan 4 qızın seks xidməti göstərməsi üçün 1,6 min dollar tələb ediblər», DİN-dən bildiriblər.

Model agentliyi direktorunun kabinetinə baxış zamanı orada 500-dən artıq qızın fotoları aşkar edilib. Onlar imkanlı adamlara seks xidməti göstəriblər. Orada VİP-bordelin xidmətindən yararlanan müştərilərin siyahısı da tapılıb.

Təhqiqatlar zamanı «model agentliyi»nin orada çalışan qızları fahişəlik etmək üçün Cənubi Koreyaya göndərdiyi də müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm